Bütün ailə üçün qrip və soyuqdəymə əleyhinə təbii vasitə.
İnflusid preparatı qripin və yuxarı tənəffüs yollarının digər kəskin respirator virus infeksiyalarının profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuşdur.
  • İnterferonun güclü təbii induktorudur. Virus əleyhinə nəzərəçarpan təsirə malikdir.
  • Asteniya əlamətlərini xeyli dərəcədə azaldır.
  • Orqanizm tərəfindən yaxşı keçirilir.
  • Qripin və KRVİ-nin (Kəskin respirator virus infeksiyalarının) təcili qeyri-spesifik profilaktikası üçün tövsiyə edilə bilər.
  • Böyüklərə və 1 yaşdan yuxarı uşaqlara uyğundur.

İnflusid 5 bitki mənşəli və 1 mineral mənşəli təbii komponentin unikal kombinasiyasından ibarətdir, onlardan hər biri müalicə prosesində əhəmiyyətli rol oynayır. İnflusid preparatının tərkibindəki bitki mənşəli komponentlər aşağıdakı xüsusiyyətlərə malikdir:
Aconitum
Temperaturu aşağı salır, yuxarı tənəffüs yollarının selikli qişasının iltihabını azaldır.
Bryonia
Quru öskürəyi və yuxarı tənəffüs yollarının selikli qişasında yanğı hissini aradan qaldırır.
Eupatorium
Titrəməni, oynaqlarda sızıltını, əzələlərdə ağrını azaldır.
Gelsemium
Zökəmi, baş ağrısını, zəifliyi, iltihabı azaldır, tənəffüsü asanlaşdırır.
Ipecacuanha
Mukolitik vasitədir, bəlğəmi yumşaldır və onun çıxarılmasına kömək edir.
Phosphorus
İmmunomodulyatordur. Tükənmə zamanı öz effektivliyi ilə məşhurdur.
SUALLAR
İnflusid preparatı necə təsir edir?
İnflusid preparatının 5 bitki mənşəli və 1 mineral mənşəli təbii komponentdən ibarət olan unikal kombinasiyası yuxarı tənəffüs yollarının infeksiyaları ilə mübarizə üçün orqanizmin müdafiə qüvvələrini stimullaşdırır. İnflyusid orqanizm tərəfindən yaxşı keçirilən vasitə olmaqla, onu infeksiya ilə mübarizəyə təhrik edir.

Bitki və mineral mənşəli komponentlərin bu kompleksi Almaniyanın yüksək keyfiyyət standartlarına uyğun olaraq istehsal edilir. Sintetik dərman preparatlarının əksəriyyəti ilə müqayisədə, zamanın sınağından keçmiş İnflusidin demək olar ki, əlavə təsirləri yoxdur.

İnterferonun induktoru nə deməkdir?
İnterferonun induktoru — hüceyrələrlə təmas zamanı interferonun yaranmasına səbəb olan müxtəlif mənşəli maddələrdir.

İnterferonlar — əsas təsirləri immun sistem hüceyrələrinin inkişafına və fəallığına, yəni orqanizmin müdafiə funksiyalarının fəallaşmasına və qorunub saxlanmasına istiqamətlənmiş zülalların böyük bir ailəsidir. Onlar infeksion xəstəliklərin müxtəlif törədiciləri ilə mübarizə üçün hüceyrələr tərəfindən ifraz edilir, lakin interferonlar ilk növbədə virus əleyhinə müdafiə təsiri göstərirlər.

İnterferonlar — orqanizmin immun sisteminin ən mühüm tərkib hissəsidir. Onlar bədənin hüceyrələrinin lazım olan məqamda viruslara qarşı səmərəli müqavimət göstərəcəyinə və orqanizmin potensial xəstəliklərdən müdafiə ediləcəyinə zəmanət verirlər.
İnflusid preparatı nə zaman yaradılmışdır ?
Preparat KRVİ-nin müalicəsi üçün 1978-ci ildən etibarən istifadə edilir, Almaniyada və Qərbi Avropanın digər ölkələrində klinik sınaqlardan keçirilmişdir. Əldə edilmiş nəticələr KRVİ və qripin müalicəsində İnflyusidin yüksək effektivliyini sübut etmişdir.
İnflusid preparatının əsas üstünlükləri hansılardır?
  • Bütün ailə üçün qripin və KRVİ-nin (kəskin respirator virus infeksiyalarının) təcili profilaktikası və müalicəsi.
  • Evdəki dərman qutusu üçün təbii preparat. Xəstəliyin hər bir saatı və ailənin digər üzvlərinin sağlamlığı mühüm olduqda. Xəstələnmiş şəxslərin müalicəsi və ailənin qalan üzvlərində KRVİ-nin profilaktikası üçün bir qutu.
  • Qeyri-təbii dərmanlarla müqayisədə effektiv və təhlükəsizdir.
  • İstifadəsi rahatdır.
  • Yüksək alman keyfiyyəti.

İnflusid necə qəbul edilməlidir ?
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar soyuqdəymə xəstəlikləri mövsümünün yaxınlaşdığı dövrdə profilaktika üçün 1 həbdən gündə 3 dəfə qəbul etməlidirlər.

Müalicə üçün - 1-2 həb hər saatdan bir, gündə 12 dəfəyədək.

6 yaşdan 12 yaşadək uşaqlar soyuqdəymə xəstəlikləri mövsümünün yaxınlaşdığı dövrdə profilaktika üçün 1 həbdən gündə 2 dəfə qəbul etməlidirlər.

Müalicə üçün – 1 həb hər 2 saatdan bir, gündə 8 dəfəyədək.

3 yaşdan 6 yaşadək uşaqlar soyuqdəymə xəstəlikləri mövsümünün yaxınlaşdığı dövrdə profilaktika üçün ½ həbdən gündə 2 dəfə qəbul etməlidirlər.

Müalicə üçün - 1 həb hər 2 saatdan bir, gündə 6 dəfəyədək.

İnflusid həbləri gün ərzində bərabər zaman intervalları ilə, qida qəbulundan yarım saat əvvəl və ya yarım saat sonra qəbul edilir. Həbi tam həll olanadək dil altında saxlamaq lazımdır.

BİZİMLƏ ƏLAQƏ
© Alpen Pharma AG Azerbaijan. 2017. Bütün hüquqlar qorunur
Qeydiyyat şəhadətnaməsi DV № 16 - 00391 от 14.11.2016