QRİP VƏ SOYUQDƏYMƏ MÖVSÜMÜ YAXINLAŞIR!
İNFLUSİD – RESPİRATOR VİRUSLARLA MÜBARİZƏDƏ ƏSL OYUN QALİBİDİR!
İNFLUSİD-İNFO:
24
Almaniya istehsalı
Böyüklər və 1 yaşdan yuxarı uşaqlar üçün
Təbii tərkib
NEWS
İNFLUSİD-İNFO:
24
SOYUQDƏYMƏNİN (KRVİ) İLKİN SİMPTOMLARI YOLUXMADAN SONRA 1-2 GÜN ƏRZİNDƏ GÖRÜNÜR, BUNA GÖRƏ DƏ XƏSTƏ İNSANLA TƏMASDAN DƏRHAL SONRA ORQANİZMİ DƏSTƏKLƏMƏK ÇOX VACİBDİR.
İnflusid preparatının faydaları
  • Tipik soyuqdəymə əlamətlərini tez dayandırır
  • Digər simptomatik dərmanlara ehtiyacı azaldır (qızdırmasalıcı, burun damcıları, öskürək əleyhinə preparatlar)1
  • Sürətli sağalmanı təmin edir
  • Bədənin təbii müdafiəsini gücləndirir
  • Xəstə insanlarla təmasda olanda xəstələnmənin qarşısını alır
  • Xəstəlikdən sonra orqanizmi bərpa edir, tükənmə əlamətlərini azaldır
NEWS
İNFLUSİD-İNFO:
24
RESPİRATOR VİRUSLAR DAİM DƏYİŞİR, ONA GÖRƏ DƏ BÜTÜN ŞTAMMLARA QARŞI UNİVERSAL QORUNMA YOXDUR. OPTİMAL TAKTİKA ÖZ BƏDƏNİNİZİ DƏSTƏKLƏMƏKDİR: BU, FƏSADLARIN QARŞISINI ALMAQ VƏ DAHA TEZ SAĞALMAQ ŞANSIDIR.
İnflusid necə təsir edir:
Qızdırmanı aşağı salır
Bədən ağrılarını aradan qaldırır
Baş ağrılarını aradan qaldırır
Burun tıxanıqlığını azaldır
BOĞAZ AĞRILARINI VƏ BOĞAZ GİCİŞMƏNİ ARADAN QALDIRIR
XƏSTƏLİK İNKİŞAFININ QARŞISINI ALIR
İNFLUSİD – BƏDƏNİN TƏBİİ MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR VƏ XƏSTƏLİKDƏN SONRA TEZLİKLƏ SAĞALMASINA VƏ GÜCÜN SÜRƏTLƏ BƏRPASINA KÖMƏK EDİR, HALSIZLIQ ƏLAMƏTLƏRİNİ AZALDIR VƏ YA QARŞISINI ALIR.
Viruslarla mübarizə aparan
6 təbii inqrediyent
NEWS
İNFLUSİD-İNFO:
24
TƏDQİQATLAR NƏTİCƏLƏRİNƏ GÖRƏ, ƏKSƏR KRVİ VƏ QRİP VİRUSLARI TƏNƏFFÜS YOLLARININ SELİKLİ QİŞALARININ HÜCEYRƏLƏRİNDƏ ÇOXALMAĞA BAŞLAYIR. BUNA GÖRƏ DƏ ONLARI INFEKSIYANIN BAŞLANĞICINDAN QORUMAQ VACIBDIR.2
İnflusid preparatını necə qəbul etmək olar
  • 1-11 yaşlı uşaqlar
    Kəskin vəziyyətlərdə yaxşılaşma baş verənə qədər hər 2 saatdan bir 1 tablet – gündə maksimum 8 tabletə qədər. Davamlı müalicə üçün gündə 3 dəfə 1 tablet qəbul edilir. Yaşı 12 və yuxarı uşaqlar
  • Yaşı 12 və yuxarı uşaqlar
    Kəskin vəziyyətlərdə pasiyentin vəziyyəti yaxşılaşmayana qədər bir saat intervalı ilə 1 tablet, gündə maksimum 12 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə üçün gündə 3 dəfə 1-2 tablet qəbul edilir.
  • Böyüklər
    Kəskin vəziyyətlərdə yaxşılaşma baş verənə qədər bir saatdan bir 1 tablet istifadə edilir, gündə maksimum 12 tabletə qədər istifadə etmək olar. Davamlı müalicə üçün gündə 3 dəfə 1-2 tablet təyin edilir.
  • 1-11 yaşlı uşaqlara
    Gündə 3 dəfə 1 tablet
  • 12 yaş və yuxarı uşaqlar və böyüklər
    Gündə 3 dəfə 1-2 tablet təyin edilir.
  • Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul edin. Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır.
  • Az yaşlı uşaqlar üçün tabletləri bir qədər suda (məsələn, bir çay qaşığı suda) həll etmək tövsiyə olunur.
Respirator virus infeksiyası və ya qrip olan bir xəstə ilə təmasdan sonra istifadə müddəti: 1 həftə.

  • Tabletləri yeməkdən yarım saat əvvəl və ya yarım saat sonra qəbul edin. Tabletlər ağız boşluğunda tədricən həll olmalıdır.
  • Az yaşlı uşaqlar üçün tabletləri bir qədər suda (məsələn, bir çay qaşığı suda) həll etmək tövsiyə olunur.
İnflusid-i haradan almaq olar
Kəskin respirator virus infeksiyalarından və qripdən qorunmaq üçün 8 sadə qayda
ƏLLƏRİNİZİ YUYUN
Əllərinizi tez-tez və ən azı 20 saniyə sabunla yaxşıca yuyun və ya spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə edin.
Məsafə saxlayın
Soyuqdəymə əlamətləri (öskürək, burun axması, qızdırma) olan insanlarla yaxın təmasdan çəkinin.
ZƏRURİ HALLARDA MASKADAN İSTİFADƏ EDİN
Xəstəlik zamanı, xüsusən də simptomlarınız varsa və ya insan kütləsi içindəsinizsə, ictimai yerlərdə maska taxın.
KİFAYƏT QƏDƏR SU İÇMƏK
Müntəzəm olaraq içilən su viruslara qarşı ilk maneə olan selikli qişaların funksiyasını qoruyur. Nəmlənmiş selikli qişalar infeksiyanın qarşısını daha yaxşı alır və bədən toksinləri daha asan xaric edə bilir.
MÖVSÜMİ XƏSTƏLİKLƏR ZAMANI ƏL SIXMAQDAN ÇƏKİNİN
Viruslar asanlıqla əllər vasitəsilə ötürülür. Qısa bir əl sıxma belə infeksiyaya səbəb ola bilər. Bu cür təmasları məhdudlaşdırmaq və ya alternativ salamlaşmalardan istifadə etmək daha təhlükəsizdir.
İMMUNİTET SİSTEMİNİZİ GÜCLƏNDİRİN
Yaxşı yuxu, balanslaşdırılmış pəhriz, fiziki fəaliyyət və kifayət qədər maye qəbulu orqanizmin viruslara daha yaxşı müqavimət göstərməsinə kömək edir.
Otaqları havalandırın
Pəncərələri mütəmadi olaraq açın və ya havalandırma sistemlərindən istifadə edin — bu, havada virusların konsentrasiyasını azaldır.
İMMUNİTET SİSTEMİNİZİ VAXTINDA DƏSTƏKLƏYİN
Soyuqdəymənin ilk əlamətlərində və ya xəstə bir insanla təmasdan sonra bədənin təbii müdafiəsini gücləndirmək və infeksiyanın öhdəsindən öz başına gəlməyə kömək etmək üçün İnflusid qəbul edin.

Məlumat mənbələri:

  1. Thinesse-Mallwitz M, Maydannik V, Keller T, Klement P. A Homeopathic Combination Preparation in the Treatment of Feverish Upper Respiratory Tract Infections: An International Randomized Controlled Trial. Forsch Komplementmed. 2015; 22(3):163-70. doi: 10.1159/000430762. Epub 2015 May 12. PMID: 26335189.
  2. Arruda E, Boyle TR, Winther B, Pevear DC, Gwaltney JM Jr, Hayden FG. Localization of human rhinovirus replication in the upper respiratory tract by in situ hybridization. J Infect Dis. 1995 May;171(5):1329-33. doi: 10.1093/infdis/171.5.1329. PMID: 7751712. URL: https://pubmed.ncbi.nlm.nih.gov/7751712/
Buraxılış forması: № 40 sorma tabletlər. Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İstehsalçı : Dr. Gustav Klayn GmbH & Co. KG. Ştaynenfeld 3, 77736 Sel am Harmersbax, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi: Alpen Farma GmbH. Ştaynenfeld 3, 77736 Sell am Harmersbax, Almaniya.
Əlavə reaksiya/təhlükəsizlik məlumatı bildirmək və/və ya tibbi məlumatlarla bağlı suallarınız və/və ya İnflusid dərman vasitəsinin keyfiyyəti ilə bağlı şikayətləriniz varsa, xahiş edirik aşağıdakı e-poçt ünvanına məktub göndərin: pharmacovigilance@alpenpharma.com
Əks göstərişlər mövcuddur, istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşin